Pakistanda terrorçuların hücumu nəticəsində yeddi əsgər ölüb


Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş Sərhəd Korpusu postuna edilən terror hücumu nəticəsində yeddi hərbiçi öldürülüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hərbiçilərlə terrorçular arasında toqquşma şənbə günü axşam baş verib.
Bildirilirr ki, hərbiçilər terrorçuların hücumlarını dəf edərək ərazini mühasirəyə alıb və qaçan terrorçuları yaxalamaq üçün  yolları bağlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top