9 medal, 13 diplom alan idmançı şəhidimiz Əkbərov Cabar - FOTO


Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizdən biri də 18 yaşlı Əkbərov Cabar Əşrəf oğludur.
Yeniavaz.com
xəbər verir ki o, 17 iyul 2002-ci ildə Xaçmaz şəhərinin Müşkün kəndində anadan olub. 2007-ci ildə həmin kəndin Tarverdi Bayramov adına tam orta məktəbinin birinci sinfinə daxil olub. Kiqboksing idman növünə marağı olan Cabar, 2014-ü ildən bu idmanla məşğul olmağa başlayır. O, zamanla böyük naliyyətlər əldə edərək 9 medal, 13 diploma layiq görülür. 2018-ci ildə təhsilini başa vurduqdan sonra bərbərlik peşəsinə yiyələnib. 18 yaşlı şəhidimiz eyni zamanda rəqs etməyi də çox sevirdi və bunu özünə hobbi seçmişdi.  
Cabar 2020-ci ilin iyul ayının 27-də Goranboya hərbi xidmətə yola salınır. 27 sentyabr tarixindən isə Vətən müharibəsində iştirak edir. Müharibənin 67-ci günündə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. O ailəsi ilə ən son sentyabrın 30-da telefon ilə danışıb və bildirib ki, vəziyyət yaxşı deyil, mənim üçün dua edin.
Azərbaycan respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıqla  və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbərov Cabar Əşrəf oğlu (ölümündən sonra) Vətən uğrunda medal ilə təltif olunmuşdur.
2-ci Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş Cabbar Əşrəf oğlu Əkbərovun dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri  iştirak edib.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top