Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tətbiq olunan məhdudiyyətlər və tədbirlərə riayət edilməsi nəticəsində ölkədə yoluxmaların sayının azaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, Fəxrəddin Qoca bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. Nazir həmçinin virusun ötürülmə yollarının dəyişməyə başladığını deyib. Belə ki, Türkiyədə evlərdə yoluxma halları 85 faizə qədər yüksəlib. Fəxrəddin Qoca insanları daha tədbirli olmağa dəvət edib.
Qeyd edək ki, Türkiyə “worldometers”in sıralamasında 7-ci pillədə məskunlaşıb. Bu günə kimi ölkədə 2 milyon 62 min 960 yoluxma, 18 min 602 ölüm, 1 milyon 866 min 815 sağalma halı qeydə alınıb.