Koronavirus xəstələrinə dərmanlar pulla satılır? – TƏBİB-dən AÇIQLAMA


Sosial şəbəkələrdə koronavirus testi pozitiv çıxan şəxslərin pulsuz almalı olduqları dərmanları apteklərdə pulla satılması ilə bağlı fotolar yayılıb. Yayılan fotolarda sözügedən dərman paketinin içərisində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB-in) adından reseptlər də qoyulub.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən TƏBİB-in mətbuat katibi Elnarə Baxış sözgüdən paketlərin kimlərinsə şəxsi təşəbbüsü ilə satışa buraxıldığını bildirdi: “Üzərində 53 manat qiymət olan paketlər TƏBİB-ə məxsus deyil. Sosial şəbəkələrdə paylaşılan paketlərin üzəri hansısa aptek tərəfindən dizayn olunub. TƏBİB-ə məxsus paketlərin hər iki tərəfində quruma məxsus loqo olur”.
Qurumun sözçüsü Elnarə Baxış onu da qeyd etdiki, TƏBİB yanlız bölgələrdə olan koronavirus xəstələrini dərmanla təchiz edir: “Bakı şəhər üzrə bu, Səhiyyə Nazirliyinin tabeçiliyindədir. Dərman bazarına, apteklərə, testlərin gətirilməsinə ümumiyyətlə TƏBİB nəzarət etmir”.


DİGƏR XƏBƏRLƏR

Top