Şuşa fatehlərindən olan XTQ zabiti Qaxda dəfn olundu - FOTO


Şəhid olan baş leytenant Ağayev Asəf Abid oğlu doğulduğu Qax rayonunda dəfn olunub.

Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Asəf Ağayev rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. O, 27 sentyabrda başlayan Vətən müharibəsində sonadək vuruşub.

A.Ağayev, əsasən, Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib.

O, dekabrın 17-də minaya düşərək şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top