ABŞ-da hakerlər Nüvə Təhlükəsizliyi İdarəsinə hücum etdi


ABŞ-ın Enerji Nazirliyi və Milli Nüvə Təhlükəsizliyi İdarəsinin şəbəkələrinə haker hücumları olub.
Yeniavaz.com "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə hər iki qurumun mütəxəssisləri məlumat verib.
Hər iki qurumun rəsmiləri kiber hücumla bağlı brifinq keçirdikdən sonra Konqresin müvafiq komitələrinə bildiriş göndəriblər.
Hökumətə yaxın mənbələr şübhəli fəaliyyətlərin Yeni-Meksika və Vaşinqton ştatları, Sandia və Los Alamosdakı Federal Enerji Tənzimləmə Komissiyasının (FEDK) nüvə laboratoriyalarında və Nüvə Təhlükəsizliyi İdarəsinin Təhlükəsiz Nəqliyyat Ofisinin şəbəkələrində aşkar edildiyini bildirib.
Prezident Donald Tramp hücum barədə hələlik açıqlama verməyib. Co Bayden isə bunu ABŞ korporasiyaları və federal dövlət qurumları da daxil olmaqla minlərlə qurbanı təsir altına alan böyük bir kiber təhlükəsizlik pozuntusuna bənzər bir şey olduğunu deyib:
"Mən açıq şəkildə bildirmək istəyirəm. Mənim rəhbərliyim kiber təhlükəsizliyi hökumətin bütün səviyyələrində ən başlıca prioritet halına gətirəcək və vəzifəyə gəldikdən sonra qanun pozuntusu ilə mübarizə aparmaq ən vacib vəzifəmiz olacaq".
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Respublikaçı Ceyms İnhof və baş demokrat Cek Rid ölkədəki bir çox quruma qarşı edilən kiber hücumların ciddi, mürəkkəb və davamlı olduğunu açıqlayıb:
"ABŞ-a qarşı ciddi, mürəkkəb və davamlı olan bir kiber hücum haqqında ilk məlumatı aldıq. Federal agentliklər və iri şirkətlər də daxil olmaqla, ABŞ-ın kiber müdafiə sistemlərini pozan kütləvi kiberhakerlik təşəbbüsü haqqında bilmədiyimiz çox şey var. Ancaq kiber giriş davam edir və bunun Rusiya kəşfiyyat əməliyyatının izlərini daşıdığını bilirik".

DİGƏR XƏBƏRLƏR

Top