Pompoe və Çavuşoğlu arasında telefon danışığı olub


ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında məlumat verilib.
Dövlət katibinin bəyanatında S-400 sistemlərinin satın alınmasının ABŞ hərbi personalına və ABŞ hərbi texnologiyasına təhlükə yaratdığı ifadə edilib. Eyni zamanda bəyanatda Rusiyanın Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesinə çıxış imkanı əldə etdiyi də açıq şəkildə qeyd olunub.
Qeyd edək ki, Pompeo Çavuşoğlu ilə aralarında telefon danışı olduğunu öz tvitter hesabında paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top