Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Elməddin Telman oğlu Abdullayevdir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, E.Abdullayev 2001-ci il fevralın 13-də Quba rayonun Qam-qam kəndində anadan olub. O, 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanıb.
Hərbi xidmət dövründə rəis və komandir heyətinin rəğbətini qazanan Elməddin ən yaxşı əsgər kimi fərqlənib. Artıq xidmətinin sona çatmasına bir neçə gün qalmış Vətən müharibəsi başlayıb. Əsgər Elməddin Abdullayev də "Dəmir yumruq" hərbi əməliyyatına qatılır və sentyabrın 27-dən 28-nə keçən gecə şəhid olur.

DİGƏR XƏBƏRLƏR

Top