“5 minə yaxın ölü, 1400-dən çox itkin, 700 kimliyi bilinməyən cəsəd...” - Ermənistan mətbuatı


Ermənistan mətbuatı hökumət orqanlarından itkilər barədə aldıqları məlumatı yayıblar.
Yeniavaz.com
xəbər verir ki, ermənilərin “politik.am” saytı Qarabağ müharibəsində itirdikləri canlı qüvvə barədə məlumat yayıb. Verilən məlumatlarda bildirilir ki, Ermənistan hakimiyyəti reallığı saxtalaşdırmağa, narazılığa səbəb ola biləcək məlumatları ictimaiyyətdən gizlətməyə davam edir. Bu günə qədər rəsmi olaraq Ermənistan dəqiq şəkildə nə qədər itki, yaralı və itkin düşmüş hərbçinin olması barədə açıqlama verməyib. Sayt, səlahiyyətli orqanlardan aldığı məlumatlara istinadla bildirir ki, Ermənistan sonuncu müharibədə 4750 nəfərin məhv edildiyini, 1400-dən çox itkinin olduğunu, 700-dən çox isə kimliyi dəqiqləşdirilməyən cəsədlərin olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top