Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Türkiyənin "Vetal Hayvan Sağlığı Ürünləri A.Ş.” şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, "Vetal Hayvan Sağlığı Ürünləri A.Ş.” şirkəti Aqrar Xidmətlər Agentliyinin sifarişi ilə bu quruma heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatlar satacaq.
Qeyd olunan mallar üçün Aqrar Xidmətlər Agentliyi "Vetal Hayvan Sağlığı Ürünləri A.Ş.” şirkətinə 9 milyon 492 min 426 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "Vetal Hayvan Sağlığı Ürünləri A.Ş.” şirkəti 1991-ci ildən fəaliyyət göstərir.