AMEA-nın alimi koronavirusdan vəfat edib - FOTO


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif  Məhərrəmov koronavirusdan vəfat edib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Akademiyadan məlumat verilib.
A. Məhərrəmov ötən gün dəfn olunub. 
Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur. 
2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasyasının məsləhətçisidir.

DİGƏR XƏBƏRLƏR

Top