Kanadaya COVID-19 peyvəndinin ilk hissəsi gətirildi


“Pfizer”və “BioNTech” tərəfindən hazırlanan COVID-19 peyvəndinin ilk partiyası Kanadaya çatdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trudeu öz sosial şəbəkə hesabından açıqlama verib. Baş nazir bildirib ki, artıq peyvəndin 30 min dozalıq ilk partiyası ölkəsinə gətirilib.
Baş nazir Trudeau, peyvəndi gətirən təyyarənin Monrealdakı Mirabel beynəlxalq hava limanına eniş edərək yükünü boşaltması ilə bağlı bir fotoşəkil də paylaşıb:
"Bu yaxşı xəbərdir. Ancaq COVID-19 ilə mübarizəmiz bitməyib. İndi hər zamankından daha sayıq olaq”.
Qeyd edək ki, peyvəndlərin ölkə daxilində 10 əyalətdə qurulmuş ümumilikdə 14 paylama mərkəzinə göndəriləcəyi deyilir. Vaksin ilk 60 yaş və daha yuxarı yaş qruplarına tətbiq olunacaq. Bu gün ilk olaraq peyvəndlər Kanadanın Quebek ştatındakı qocalar evinin sakinlərinə vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top