Ermənistan ölən hərbçilərinin yeni sayını açıqlayıb: 2 966 nəfər


Bu günə kimi Ermənistan Səhiyyə Nazirliyi müharibədə ölən 2966 hərbi qulluqçunun cəsədini məhkəmə-tibbi ekspertizadan keçirib.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan deyib.

“Müharibə başlayandan bu günə qədər cəsədlərin tanınması və bu prosesini təşkil etmək üçün ümumilikdə qohumlardan 1816, cəsədlərdən 993 DNT nümunəsi götürülüb. 10 dekabr tarixinə qədər 256 qohum nümunəsi və 541 cəsəd nümunəsi araşdırma mərhələsindədir”, - Nikoqosyan bildirib.

Onun sözlərinə görə, bu günə qədər məhkəmə-genetik tədqiqatlar nəticəsində 302 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Tədqiqat və müəyyənləşdirmə davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top