Bir neçə ay əvvəl yol qəzasından sağ çıxan şəhid Abdulcəmil - VİDEO + FOTOLAR


"Bir neçə ay öncə ölümcül bir qəzadan möcüzəvi şəkildə sağ qurtaranda heç kim düşünməzdi ki, Abdulcəmil şəhid olmaq üçün sağ qalıb". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri 1997-ci il təvəllüdlü şəhid Bilalov Abdulcəmil Xəqani oğlu haqqında danışan bibisi qızı Arzu Abdullayeva deyib. Onun sözlərinə görə, şəhid bir neçə ay əvvəl ağır qəza keçirib. Hətta bunu şəhidin özü döyüşdə olarkən evə zəng etdiyi vaxt xatırladaraq deyib ki, o vaxt mənə heç nə olmadı, bəlkə indi nə isə olar. 
Abdulcəmil döyüşdə 11 ermənini məhv edərək qolundan yaralanıb. Amma buna baxmayaraq, yenidən döyüşə davam edib. Əslən Göyçaydan olan Abdulcəmil Suqovuşan ətrafında gedən döyüşlərdə qəlpə yarası alaraq, şəhid olub. 
Şəhidin bibisi qızı deyir ki, Abdulcəmil anadan olanda hamı onun anasını qınayıb ki, 1 oğlun, 1 qızın var, 3-cü uşağı neynirsən? Gəlinbacım o vaxt hamıya eyni cavabı verirmiş: "Bu oğlumu Vətən üçün böyüdürəm". Sanki dayımın yoldaşı oğlunun şəhid olacağını elə o vaxtdan hiss edib. 
2 oğul atası olan Abdulcəmilin dəfni zamanı Xəqani Bilalovun oğlu haqqında dedikləri:



DİGƏR XƏBƏRLƏR

Top