Koronavirusla bağlı Çində son vəziyyət


Çində son sutka ərzində 12 nəfər COVID-19-a yoluxub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Çin Səhiyyə Nazirliyi son sutkada qeydə alınan yoluxmaların hamısının xarici qaynaqlı olduğunu bildirib. Verilən məlumatlara görə, 3 min 430 nəfər xəstəxanalardan çıxarılıb, 305 nəfərin müalicəsi isə davam etdirilir. Bunlardan sadəcə bir nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu günə qədər Çində 86 min 381 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər isə həmin xəstəlikdən vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top