Beynəlxalq jurnalistlər Füzuli şəhərində olublar - VİDEO


Beynəlxalq jurnalistlər Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində olublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyev tvitter hesabında məlumat verib.
O bildirib ki, jurnalistlər bölgədə Ermənistanın müharibə cinayətlərinin şahidi olublar. Beynəlxalq medianın kameraları qarşısında Ermənistan tərəfindən atılan qadağan edilmiş ağ fosfor tərkibli partlayıcıların zərərsizləşdirilməsi həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top