Ermənistan prezidenti Armen Sarkisyan hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik - Ermənistan” məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub.
“Yaralı iqtisadiyyat çox böyük sosial problemlərlə yüklənib. Qarabağdan gələn böyük bir insan axını nəticəsində humanitar bir fəlakət baş verir ... Reallığı görməməzlikdən gəlib və adi bir həyat sürməyə davam edə bilmərik", - erməni prezident bildirib.
Sarkisyana qeyd edib ki, son günlər parlament və parlamentdən kənar qüvvələr, ictimai qruplar və fərdlərlə bir neçə görüş keçirib, diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə - hökumətin istefası və ya Nazirlər Kabineti səlahiyyətlərinə xitam verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə həmfikirdi.
Görüşlərin və məsləhətləşmələrin nəticələrinə əsasən Sarkisyan hesab edir ki, vəziyyətdən yeganə layiqli çıxış yolu növbədənkənar parlament seçkiləridir.
O, hökuməti və hakim qüvvələri potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb.