"Distant Təhsilə Dəstəyin göstərilməsi" layihəsi uğurla davam etdirilir - FOTOLAR


Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsində ədəbi-ictimai birliyin “Distant Təhsilə Dəstəyin göstərilməsi” adlı layihəsi qalib olmuşdur. Hal hazırki pandemiya ilə mübarizə şəraitində bu səpkili layihələrin əhəmiyyətinin olduqca böyük olduğunu nəzərə alsaq irəli sürülmüş bu layihə çərçivəsində 8 aztəminatlı ailədən olan şagirdə distant formada keçiriləcək təhsilə qoşulması üçün müvaffiq vəsaitlər təqdim olunması nəzərdə tutulmuşdur.
Qeyd etmək istərdik layihə çərçivəsində işlər uğurla davam etdirilir.


DİGƏR XƏBƏRLƏR

Top