İqor Korotçenko Azərbaycanın qələbəsinin səbəblərini izah etdi

Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qələbəsinin səbəblərini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, ekspert maddə-maddə fikirlərini “Telegram” kanalında yazıb.

“Niyə Azərbaycan Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qələbə qazandı:

1. Güclü və iradəli prezident və Ali Baş Komandan İlham Əliyev.

2.  Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.

6. Ordu və xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”

DİGƏR XƏBƏRLƏR

Top