ABŞ-da yerləşən “Dynamics” elektronik şirkəti, mikrob və virusları özünə çəkən və yüksək intensivlikli ultrabənövşəyi şüalarla koronavirusu məhv edən aparat üzərində iş aparıldığını bildirib.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, “Nanowave” adı verilən bu texnologiya virus və mikrobların 99 faizini iki mində bir saniyəyə yox edə biləcək qüvvəyə malikdir.
Cihaz, 300 litrə kimi havanı sovuran sistemdən 3 metrdən uzaq məsafədə koronavirusu sərbəst uzaqlaşdıra bilən dörd mühərrikdən ibarətdir. “Nanowave”in qiyməti 3450 dollar (5865 AZN) olacaq.