Son sutka ərzində ABŞ-da 590 nəfər COVID-19-un qurbanı olub.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, virusa yoluxanların sayı isə 111 433 nəfər artaraq 10 429 941 nəfərə çatıb.
Son rəqəmlərdən sonra ABŞ-da koronavirusdan ölənlərin sayı 244 mini ötüb.
Ölkədə virusdan sağalanların sayı 3,9 milyondan çoxdur.
Qeyd edək ki, dünyada 51 milyondan çox insan koronavirusa yoluxub, onlardan bir milyondan çoxu ölüb. 36 milyondan çox insan sağalıb.