Fransada şagirdlərlə polis arasında qarşıdurma olub – Koronavirusa görə


Fransanın paytaxtı Parisdə yerləşən bir orta məktəbin qarşısında şagirdlərlə polis arasında toqquşma olub. 
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, qarşıdurma pandemiya səbəbilə olub. Belə ki, şagirdlər yeni növ koronavirusun artdığı vaxtda məktəblərin fəaliyyət göstərməsinə qarşı çıxıblar. Verilən məlumatlara görə, qarşıdurmada bir polis maşınının zərər gördüyü, polislərə isə daş və digər əşyaların atıldığı bildirilib. 
Qeyd edək ki, Fransada son sutkada 270 nəfər koronavirusdan ölüb, 38 min 619 nəfər isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top