Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə burada yaşayan ermənilər tərəfindən təhdid edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirin özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, hazırda İtaliya mətbuatı bu barədə yazır: "İtaliyanın "Il Giornale", "Kmetro0", "politicamentecorretto.com", "Agenzia Nova" və "Giornale Diplomatico" kimi kütləvi informasiya vasitələri erməni radikallarının münaqişə tərəflərinin hər ikisinə yer verən italyan juranlistlərinə, eləcə də Səfirliyimizə və mənə qarşı təhdid, nifət və təhqir kampaniyasından danışırlar".