“Hraparak” qəzeti: Qarabağa gedən Ermənistan parlamentinin spikerindən 10 gündür xəbər yoxdur


İşğal altında olan Qarabağa gələn Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan barəsində 10 gündür heç bir məlumat yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Ararat Mirzoyanın rəhbərlik etdiyi dəstə oktyabr ayının 17-də Qarabağa yollanıb. Bu tarixdən sonra Ararat Mirzoyan İrəvana geri dönməyib. Son 20 gündə parlamentin iclaslarında iştirak etməyib. Ararat Mirzoyan sosial şəbəkə hesabından sonuncu paylaşımını 10 gün əvvəl – oktyabr ayının 28-də edib və həmin tarixdən sonra parlamentin spikeri barədə heç bir məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top