Sivas valisi "Qarabağ"ı ziyarət edib - FOTOLAR


UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" oyundan öncə xoş sürprizlə qarşılaşıb.

Yeniavaz.com Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəlib.

Qonaqları "Qarabağ"ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.

Onlara xatirə olaraq "Qarabağ" forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və "Qarabağ"ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.


DİGƏR XƏBƏRLƏR

Top