Lukaşenko: “Makrona kömək edə bilərəm, müsəlmanlarla yaxşı münasibətlərim var”


Belarus prezidenti Aleksandr Lukaşenko Fransa prezidentini tənqid edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lukaşenko çıxışı zamanı Fransa prezidenti Emanuel Makronun İslam dininə qarşı ifadələrini tənqid edib:
“Fransa prezidentinin bu yaxınlarda söz azadlığı ilə bağlı söylədiklərini etməyə heç vaxt imkan vermərik. Müsəlmanları tənqid etməyə başlasanız, bu sizə bir ölkədə nə verəcək? Bəlkə də Makronla müsəlmanlar arasında bir vasitəçiyə ehtiyac var? Mən ona kömək edə bilərəm, çünki müsəlmanlarla çox yaxşı münasibətlərim var”.
Lukaşenko çıxışının davamında insanların dini hislərinə qarışmağın qəbuledilməz olduğunu bildirib.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top