"Dağlıq Qarabağ ərazisindən Ermənistana silah qaçırılır" - Ermənistan Milli Təhlükəsizlik Xidməti


Ermənistan Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağ ərazisindən Ermənistan ərazisinə qeyri-qanuni silah daşındığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik-armeniya" məlumat yayıb. Məlumata görə, kriminal qruplar bir qrup hərbçilərlə birgə silah qaçaqmalçılığı ilə məşğuldur. Erməni təhlükəsiz orqanları ölkə vətəndaşlarını bu tip qanunsuz əməllərdən çəkinməyə çağırıb və bu cür əməllərin Ermənistan və seperatçı rejimə zərər verdiyi bildirilib. 
Görünən odur ki, Azərbaycan Ordusunun ağır zərbələri düşmən ordusunda hərc-mərcliyə səbəb olub. Düşmən hərbçilərinin artıq əllərindəki silahları belə satmağa başlaması erməni ordusunun acınacaqlı vəziyyətindən xəbər verir.

DİGƏR XƏBƏRLƏR

Top