“Oktyabrın 18-i, tarixi gündür, Müstəqillik Günüdür, bu gün bizim üçün çox əzizdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, xoş xəbərin oktyabrın 17-si, 18-i və ya 19-u verilməsi vacib deyil: “Amma bu müddət ərzində mən heç vaxt Ordu qarşısında “bu tarixdə filan yeri alacaqsan” tapşırığını verməmişəm. Müharibənin öz qanunları var və bizim üçün əsas məsələ ərazi bütövlüyümüzü tam bərpa etməkdir. Bəzi kəndlər haqqında biz bu gün də məlumat verə bilərik və bəlkə də olacaq. Ən önəmlisi strateji yüksəklikləri götürməkdir”.