15-17 oktyabr tarixlərində Ukrayna Prezidenti Vladimir Zelenski, Türkiyəyə işgüzar səfər edəcək.
Yeniavaz.com “UNN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Andrey Taran açıqlama verib. Nazir, səfər çərçivəsində Ukrayna Nazirlər Kabineti ilə Türkiyə hökuməti arasında hərbi saziş layihəsinin imzalanması planlaşdırıldığını bildirib.
Xəbərdə həmçinin Ukrayna və Türkiyənin ən azı 12 yeni aktual sahədə əməkdaşlıq edəcəkləri deyilir.
Andrey Taranın fikrincə bu görüşmə, Türkiyə və Ukrayna arasındakı münasibətlərin strateji xarakterini, həmçinin Qara dəniz-Azov bölgəsində sülhün və təhlükəsizliyin təmin olunmasını özündə əks etdirir.