Metroda qaydalara riayət etməyənlərlə bağlı tədbirlər görülür


Bu günə qədər Bakı metropoliteninin stansiyalarında heç bir şübhəli hal aşkarlanmayıb.

Yeniavaz.com xəbər verir ki, bunu bu gün keçirilən reyd zamanı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev qeyd edib ki, metropolitendə mühafızə nəzarət profilaktik tədbirləri ən müasir üsullarla tənzimlənir:

“Qatarlarda, eyni zamanda vestübilllərdə xidmət aparan əməkdaşlarımızla dəstək məqsədilə müasir informasiya texnologiyaları cihazları quraşdırılıb. Bununla da mövcud qaydalara riayət etməyən şəxsləri müəyyən edir və onlar barəsində aidiyyəti üzrə tədbirlər görürlər".

DİGƏR XƏBƏRLƏR

Top