Ruhani: "Azərbaycanın ərazi bütövlüyünü bir daha vurğulayırıq"


İran prezidenti Həsən Ruhani Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bölgənin olduqca həssas yer olduğunu vurğulayıb:
“Hər şeydən əvvəl şəhərlərimizin, kəndlərimizin və torpaqlarımızın təhlükəsizliyi çox vacibdir. Sərhədimizə düşən katyuşa mərmiləri, minaatan və digər döyüş sursatları qəbuledilməzdir. Bu müharibə böyüməməli və regional bir müharibəyə çevrilməməlidir. Müharibə həll yolu deyil, siyasi fəaliyyətlər hərəkətə keçməlidir.”
Ruhani, açıqlamasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
“Azərbaycanın xalqının hüquqlarına hörmətlə yanaşılmaldır. Azərbaycanın ərazi bütövlüyünü bir daha vurğulayırıq. Heç bir problem müharibə və qanla həll oluna bilməz. Başqa həll yollarını tapmalıyıq, sülh bizim üçün vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top