İraqın paytaxtı Bağdadda, Beynəlxalq Hava Limanı və Yaşıl Zona yaxınlığına raketli hücum təşkil olunub.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, məlumat, İraq Baş Nazirliyinin nəzdində fəaliyyət göstərən Media Təhlükəsizlik Şəbəkəsi tərəfindən verilib. Məlumatda, Bağdad Beynəlxalq Hava Limanının ətrafına 2 katyuşa raketinin düşdüyü bildirilib.
Hava limanına və dövlət malikanələrinin, eləcə də xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonaya raket düşməsi nəticəsində əraziyə heç bir ziyan dəyməyib.
Qeyd edək ki, İraqda ABŞ koalisiya qüvvələrinin tabeliyində olan yerlərdə hücumların sayı artıb.