Yol nəqliyyat hadisəsi magistral yolun Goranboy rayonundan keçən hissəsində baş verib.
Yeniavaz.com xəbər verir ki, qəfil yola çıxan xırdabuynuzluları əvvəlcə yük maşını vurub. Ardından “Mersedes Vito” markalı avtomobil sürüyə çırpılıb. Qoyunların yolda qalan cəsədinə çırpılmamaq üçün sürətini azaldan “Tofaş” markalı minik maşınına isə “Ford” markalı yük maşını çırpılıb. Hadisə zamanı xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.7
Esmira Hidayətova, Goranboy