Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB - VİDEO


Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.
Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.
Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən uçuş qaydalarının və ona hazırlığın pozulması ilə bağlı cinayət işi başladılıb.

23.09
Ukraynanın Xarkov vilayətində hərbi təyyarənin qəzaya düşməsi nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.
Bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.
“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (1 nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, - deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.
Bu rəqəmlər Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti tərəfindən də təsdiqlənib.

//APA

DİGƏR XƏBƏRLƏR

Top