Afrikada son 24 saatda 9 minə yaxın insan koronavirusa yoluxdu


Afrikada son sutkada 8 min 186 COVID-19-a yoluxma faktı qeydə alınıb.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, Afrika qitəsində, xəstəlik sayı 1 milyon 444 min 619 nəfərə çatıb. Pandemiya səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 175 nəfər artaraq 34 min 758 nəfər olub.
Bu qitədə ümumilikdə COVID-19-a görə ən çox itki verən ölkə 16 min 283 nəfərlə Cənubi Afrika olub.
Mavritiyada COVID-19 yoluxma, Seyşel və Eritreyada isə bu günə qədər ölüm halı qeydə alınmayıb.
Cənubi Afrikada xəstəliyə yoluxanların sayı 667 min 49, Mərakeşdə 110 min 99, Misirdə isə 102 min 513 nəfər olub.
Afrikada koronavirusdan sağalananların sayı 1 milyon 190 min 140 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top