Bakıda baş verən yanğın avtomobillərin hərəkətində çətinliklər yaradıb – VİDEO


“Bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev öz "Facebook" səhifəsində paylaşım edib.

M.Ağayevin sözlərinə görə, bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

 

DİGƏR XƏBƏRLƏR

Top