Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu – FOTOFAKT


Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına  rəhbərlik edən Əli Həsənov kafedranın müəllimi vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, Əli Həsənov tutduğu vəzifədən azad olunsa da, 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbəliyeva (Həsənov) “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olaraq qalıb. 
Onu da qeyd edək ki, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlı da müəllimlik edir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top