Oftalmologiya Mərkəzi daha çox qadın sahibkarlarla işləyir – Maraqlı SİYAHI


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 17 min 918 manat  dəyərində tender müsabiqəsinin qalibi “Maryam Holding” MMC olub.
“Maryam Holding” MMC Milli Oftalmologiya Mərkəzinə elektrik, rabitə, su və digər kommunal xəttlərin çəkilməsi üçün mal-materiallar satacaq.
Qeyd edək ki, “Maryam Holding” MMC cəmi 6 ay əvvəl – 02.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “Maryam Holding” MMC –nin qanuni təmsilçisi Hacızadə Samirə Faiq qızıdır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nematulla, ev 73, m. 12 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, Milli Oftalmologiya Mərkəzi 04.05.2020-ci il tarixində istehlakyönlü müxtəlif xidmətlər satın alınması ilə bağlı kotirovka sorğusu elan edib. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 05.05.2020 –ci il saat 10:00 tarixinədək qəbul olunub. Göründüyü kimi kotirovka sorğusunda iştirak etmək üçün podratçılara cəmi 1 gün vaxt verilir. Maraqlıdır ki, bu tender müsabiqəsinin qalibi də cəmi ay əvvəl yaranan “Maryam Holding” MMC olub.
“Maryam Holding” MMC ilə bağlı maraqlı məqamlardan biri odur ki, bu şirkətlə eyni gündə (02.03.2020)  eyni nizamnamə kapitalı (20 manat) ilə eynü ünvanda (Ağa Nematulla, ev 73, m. 12) və  qanuni təmsilçi də (Hacızadə Samirə Faiq qızı) eyni şəxs olan daha bir şirkət – “The Rich Holding” MMC dövlət qeydiyyatına alınıb. “The Rich Holding” MMC də qeydiyyata alındıqdan qısa müddət sonra Milli Oftalmologiya Mərkəzinin keçirdiyi tenderin qalibi olub.
Son 6 ayda Milli Oftalmologiya Mərkəzinin keçirdiyi tender müsabiqələrində 12 şirkət qalib gəlib. Qalib şirkətlərdən 6-sı son 10 ay ərzində yaranıb. Bir şirkət (“Schenker Azərbaycan” MMC) isə 2008-ci ildə yaransa da bu il yaranan şirkətlə (“Schenker Azərbaycan” MMC ) bağlılığı var. Diqqət çəkən məqamlardan biri də, 12 qalib şirkətin 8-də qanuni təmsilçilər qadınlar olub. 6 şirkətin qanuni təmsilçisi isə 3 nəfər qadın olub. Yəni bir nəfərin rəhbərlik etdiyi 2 şirkət tender müsabiqələrinin qalibi olub.
Milli Oftalmologiya Mərkəzinin keçirdiyi tender müsabiqələrində qalib gələn şirkətlər:
Adı Hüquqi
ünvanı
Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Maryam Group of Company” MMC Nərimanov r. Əhməd Rəcəbli, ev 36, m. 18 10 manat Əsədova Nazilə Cabir qızı 22.01.2020
“Kaspian Standart Company” MMC Nərimanov r. Əhməd Rəcəbli, ev 36, m. 18 10 manat Əsədova Nazilə Cabir qızı 06.02.2020
“The Rich Holding” MMC Nərimanov r. Ağa Nemətulla, ev 73, m. 12 20 manat Hacızadə Samirə Faiq qızı 02.03.2020
“Maryam Holding” MMC Nərimanov r. Ağa Nemətulla, ev 73, m. 12 20 manat Hacızadə Samirə Faiq qızı 02.03.2020
“The King Company” MMC Nizami r. Qara Qarayev pr. ev 78, m. 21 20 manat Zeynalova Nailə İlham qızı 13.03.2020
“Schenker Azərbaycan” MMC Xətai r. Natiq Əliyev, ev 46, m. 96 10 manat Zeynalova Nailə İlham qızı 11.11.2008
“Solamedical” MMC Nərimanov r. M. Araz, ev 18 200 manat Novruzova Şəhla Mustafa qızı 21.11.2019
“Cozy Co” MMC Xətai r. Neapol, ev 5h 10 manat Dadaşova Sevinc Fəxrəddin qızı 14.09.2018
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top