Mikayıl Cabbarov Daşkəsənə gedib – FOTO


Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gedib. 

Yeniavaz.com xəbər verir ki, əvvəlcə Daşkəsən İH-nin başçısı Əhəd Abıyevlə İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Daha sonra “Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib. “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov giriş nitqi ilə əhatəli çıxış edərək Prezident İlham Əliyevin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin gedişatı barədə hesabat məruzəsini edib.

İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində “Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək səviyyədə işə salınacağını bildirib.

Görüşdən sonra Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək üçün “AzerGold” QSC-nin Daşkəsən rayonunun “Çovdar” qızıl mədəninə gedib.

DİGƏR XƏBƏRLƏR

Top