"İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər"


“Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər kəsdə təəccüb doğurur”.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

O bildirib ki, Milli Məclisin İntizam komissiyasında Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər:

“Bununla bağlı komissiya üzvləri öz aramızda məsləhətləşmə apararaq məsələyə baxa bilərik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində qeyd edib ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev “Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözləyir” fikrinə görə dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi: “Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top