"Koronavirus gələcəkdə olacaq böyük problemlərə hazırlıqdır" – BMT-nin baş katibi


BMT-nin baş katibi Antoniu Quterreş koronavirus pandemiyasının mənfi təsirlərindən danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Quterreş dünyada yayılan COVİD-19 pandemiyasının bu günə qədər rast gəlinənlərdən fərqli bir böhrana səbəb olduğunu bildirib:
“COVID-19 insanlara sadəcə bir çağırış deyil, gələcək problemlərə dünyanın hazırlanması üçün məşqdir. Biz sadəcə olaraq mikroskopik bir virusun dünyaya diz çökdürdüyünü qəbul edərək təvazökarlıqla irəliləməliyik".
Baş katib həmçinin bildirib ki, COVID-19 sonrası yaşanan hadisələr, İkinci Dünya Müharibəsindən sonrakı çətinliklərlə müqayisə edilə bilər:
“İnsanlar iqtisadi fəlakətlərlə üz-üzə qalıb, işlərini itirib. Biz, insanlıq üçün ciddi təhlükələrlə qarşı-qarşıyayıq”.

DİGƏR XƏBƏRLƏR

Top