Rusiya tərəfindən ikinci COVID-19 peyvəndi ilə bağlı açıqlama verilib.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Rusiyada növbəti koronavirus peyvəndi hazırlanıb. İkinci COVID-19 peyvəndinin qeydiyyatının 15 oktyabr tarixinə kimi tamamlanacağı bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Sputnik V” adlı koronavirus peyvəndi rəsmi şəkildə qeydiyyata alınmışdı. Hazırda həmin peyvəndin kütləvi istifadəsinə başlanılıb.