Rusiyada güclü zəlzələ baş verib


Rusiyanın İrkutsk şəhrində 5.9 böyüklüyündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, Rusiya rəsmi qurumlarının verdiyi məlumata görə, zəlzələ yerli saatla 02:05 radələrində İrkutsk şəhrində baş verib.
Qurum, həmçinin zəlzələnin mərkəzinin İrkutskdan 74 kilometr cənub-qərbdə qeydə alındığını açıqlayıb.
Zəlzələ yerinə yaxın yaşayan insanlar evlərindən təxliyə olunub, bölgədə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayanıb.

DİGƏR XƏBƏRLƏR

Top