İdlibdə yanacaq anbarında partlayış olub


Suriyanın İdlib şəhərində bir yanacaq anbarında bir qaz balonu partlayıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, partlayışdan sonra anbarda yanğın baş verib. Hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürmə qruplarının səyi nəticəsində yanğın nəzarət altına alınıb.
Partlayış nəticəsində ölən və ya yaralanan olmadığı bildirilsə də, ətrafdakı binalara maddi ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top