İtaliyada mübahisəli referendumun nəticələri açıqlanıb


İtaliya xalqının 70 faizi parlament üzvlərinin sayının azaldılmasına “hə” deyib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, İtaliyada xalq, keçirilən referendumla, Parlamentin yuxarı qanadındakı yerlərin sayını senatda 315-dən 200-ə, nümayəndələr palatasındakı yerilərin sayını isə 630-dan 400-ə endirmək barədə konstitusiyada dəyişiklik edilir.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq seçki qutularının 99 faizinin nəticəsi açıqlanıb. Bu dəyişikliklə razılaşanların səs nisbəti 69,60 faiz olub. Razı olmayanların səs nisbəti isə 30,40 faizi göstərib. 2 gün davam edən referendumda pandemiya səbəbilə seçicilərin 53,84 faizi seçkilərdə iştirak edib.
Qeyd edək ki, parlamentarilərin sayının azaldılması, 2018-ci ilin ümumi seçkilərində ən çox səs toplayan partiya 5 Ulduz Hərəkatının ən vacib seçki vədlərinin arasında idi. Partiyanın keçmiş lideri və Xarici İşlər Naziri Luigi di Maio nəticəni tarixi adlandırıb. Belə düşünülür ki, parlament üzvlərinin sayının azalmasından sonra 5 illik qanunvericilik dövründə dövlət büdcəsindən 500 milyon avroya qənaət ediləcək. İkiqanadlı parlamentdə təmsilçilik nisbəti referendumdan sonra 64 min vətəndaşdan 101 minə yüksəlib. Ümumilikdə parlamentdə 945 millət vəkilinin olduğu İtaliya, Avropa İttifaqının ən çox təmsilçisi olan ölkəsidir.

DİGƏR XƏBƏRLƏR

Top