Ceyhun Bayramov məşhur Xalq artistinin oğluna XİN-də yeni vəzifə verdi – FOTO

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.  

DİGƏR XƏBƏRLƏR

Top