Deputat olmaq istəyən gənc yeni yaranan şirkətin direktoru oldu


Nizamnamə kapitalı 100 manat olan “Avto Cinema” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  “Avto Cinema” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr. Ev Gənclik TM ünvanında yerləşir. “Avto Cinema” MMC-nin qanuni təmsilçisi Darab-zadə Zaur Mehrab oğludur.
Məlumat üçün bildirək ki, Zaur Darab-zadə bu ilin fevral ayında Milli Məclisə keçirilən seçkilərdə namizədliyini irəli sürsə də qalib gələ bilməyib. "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru olan Darab-zadə Zaur 1985-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanda ilk internet radio "Day.Az Radio"nun qurucularından olub. "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top