Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib – FOTO – YENİLƏNİB


Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib. 

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazqulu kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. 



***14:40

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib.

Yeniavaz.com xəbər verir ki, hazırda yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top