Rusiyanın bombardmançı təyyarələri dünya rekordu qırdı


Rusiyaya aid Tu-160 səsdən sürətli bombardmançı təyyarələri yeni rekorda imza atıb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki,  NATO-da “Blackjack” adı ilə tanınan Tu-160 bombardmançı təyyarələri, bu tip təyyarələrin ən uzun fasiləsiz uçuşu ilə dünya rekordunu qırdı. Verilən məlumatlara görə həmin təyyarələr 25 saatdan çox havada olublar.

Nazirlik, Tu-160 bombardmançılarının havada üç dəfə altı IL-78 tankerindən yanacaq aldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top