SEPAH-ın komandanı: "Qasım Süleymaninin qisası mütləq alınacaq"


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qisası mütləq alınacaq.

Bunu SEPAH-ın komandanı, general Hüseyn Salami deyib. 
“Biz yalnız general Qasım Süleymaninin şəhid olmasında birbaşa və ya dolayısı ilə iştirak edənləri hədəf alırıq”, - deyə general vurğulayıb.
O, ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd planları ilə bağlı iddialara da münasibət bildirib.
“Siz elə düşünürsünüz ki, biz şəhid qardaşımızın qanı müqabilində Cənubi Afrikadakı bir qadın səfiri vuracağıq?”, - deyə SEPAH-ın komandanı qeyd edib.
Xatırladaq ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın bir sıra rəsmilərinə istinadən iddia edib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkil etmək niyyətindədir. (APA)

DİGƏR XƏBƏRLƏR

Top